TDT də səfirliyə qarşı terror aktını pislədi

tdt-de-sefirliye-qarsi-terror-aktini-pisledi
Oxunma sayı: 1434

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında məlumat paylaşılıb. 

“İran hakimiyyətini bu mənfur hücumla bağlı hərtərəfli araşdırma aparılmasına və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsinə çağırırıq. Bugünkü hücumda həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun: Сотрудник посольства рассказал, как произошел инцидент - Видео