TDT-nin növbədənkənar sammiti keçiriləcək

tdt-nin-novbedenkenar-sammiti-kecirilecek
Oxunma sayı: 1566

Martın 16-sı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının növbədənkənar sammiti keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək sammitdə fövqəladə halların idarə edilməsi və humanitar yardım məsələləri müzakirə olunacaq.