TDT Qəzzadakı humanitar fəlakət vəziyyətinə görə narahatlığını bildirib

tdt-qezzadaki-humanitar-felaket-veziyyetine-gore-narahatligini-bildirib
Oxunma sayı: 2877

“Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edir və mülki əhalinin seçimsiz hədəfə alınmasını qınayır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

Qeyd olunub ki, TDT dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırırlar.