Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, yanvarın 25-də yaradıcı kollektiv görkəmli ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi münasibətilə onun “III Riçard” tamaşasını təqdim edəcək.
Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Son xəbərlər
Son Xəbərlər