Teatr rəhbəri oğlunu evləndirdi - Fotolar

teatr-rehberi-oglunu-evlendirdi
Oxunma sayı: 3045

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevin ailəsində toy olub. 

“Qafqazinfo” xəbər verir ki, teatr və kino aktyorunun oğlu Kamran Səbinə adlı xanımla ailə həyatı qurub. Toy Bakının məşhur restoranlarının birində baş tutub. 

Məclisdə kino və teatr sahəsinin tanınmış simaları iştirak edib. Qonaqlar toydan fotoları sosial şəbəkədə paylaşaraq cütlüyə xoşbəxtlik arzu ediblər.