Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya bildirib ki, həftəsonu tamaşaçılara 3 gün ərzində 6 tamaşa təqdim ediləcək.
Bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb.
Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin “Skapenin kələkləri” əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt, A. Kurlyanskinin “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.
Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər.
Son xəbərlər
Son Xəbərlər