Teatr sevərlərin nəzərinə

teatr-severlerin-nezerine
Oxunma sayı: 711

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

"Qafqazinfo" xəbər verir ki, tamaşanın nümayişi bayram günündə- 26 iyun tarixində saat 19.00-da baş tutacaq. Azərbaycan Dövlət Musiqili Teatrının əsası ötən əsrin əvvəllərində - 106 il bundan öncə - 1910-cu ildə Üzeyir Hacıbəylinin məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayevdir.

Rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər.