Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcəkdir.
"Qafqazinfo" xəbər verir ki, Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Sevgi şərbəti" operasının ilk tamaşası 1832-ci ildə Milanda baş tutmuşdur və 185 ildir ki, bu opera dünyanın ən qabaqcıl teatrlarının repertuarını bəzəyir.
2013-cü ildə bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. Həmin vaxtdan repertuara daxil edilən opera yanvarın 21-də növbəti dəfə səhnələşdiriləcəkdir.
Tamaşada əsas rollarda Teatrımızın aparıcı solistləri – Azərbaycanın Əməkdar Artistləri Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) və Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak (Dulkamara) iştirak edəcəklər.
Dirijor Beynəlxalq müsabiqələr laureatı, prezident mükafatçısı Əyyub Quliyevdir.
Son xəbərlər
Son Xəbərlər