Teatr və dərnəklərə gedən uşaqların sayında azalma var - Rəsmi

Teatr və dərnəklərə gedən uşaqların sayında azalma var
Oxunma sayı: 566

Son illərin statistikası göstərir ki, uşaq teatrlarına gedən, həmçinin uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayı azalmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb. 

Qeyd edilib ki, uşaq dərnəklərinin və kollektivlərinin sayı 2010-cu ilin əvvəlində 3517 olduğu halda, 2019-cu ilin əvvəlində onların sayı 1953-ə enib, iştirakçıların sayı müvafiq dövr ərzində 42,1 min nəfərdən 31 min nəfərədək azalıb.

Odur ki, uşaqların mədəni-estetik inkişafı, asudə vaxtının düzgün və səmərəli təşkilinin gücləndirilməsi vacibdir. Bu sahədə dövlət və qeyri-dövlət sektorunun aktiv fəaliyyəti üçün mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi