Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır.
Qeyd edək ki, tamaşanın rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.
Son xəbərlər
Son Xəbərlər