“Teatrdan işdən çıxarılandan sonra məni insult vurdu”

“Teatrdan işdən çıxarılandan sonra məni insult vurdu”
Oxunma sayı: 2785

Aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından danışıb.

“Qafqazinfo” xəbər verir ki, “ATV səhər”ə müsahibə verən sənətkar işdən çıxarılandan sonra səhhətində ciddi problemlər yarandığını vurğulayıb:

“50 il teatrda can qoymuşam. Teatrın 90 illiyi olan kimi məni çağırdılar və dedilər ki, ərizəni yaz, işdən çıx. Teatrdan məni uzaqlaşdırdılar. Bundan sonra çətin günlərim başladı, az qaldı məni infarkt vursun. Əməyimə görə 321 manat təqaüd alıram. Təqaüdüm yaxşı olsaydı, çəkilib oturardım ki, həm təqaüdüm var, həm də kənar çəkilişlərim, dolanardım. İndi nə yüksək təqaüd alıram, nə də ki çəkilişlərim var.

Teatrdan işdən çıxarılandan sonra, xəstəliklərim başladı üzə çıxmağa. İnsult vurdu, ayaqlarım tutuldu, sinəmdə xərçəng tapıldı. Bunlar hamısı fikirdən, dərddən oldu. Teatrda əvvəl yarımştata saldılar, sonra da müqaviləyə keçirtdilər. Adım rəsmi olaraq, teatrda var. Amma məni oraya rol oynamağa çağırmırlar”.

Aktrisa əlavə edib ki, teatrda ona heç bir rol verilmir: “Söyləyirlər ki, get otur, sən lazım deyilsən. Niyə lazım deyiləm? Danışığım, ağlım, gözəlliyim yerində. Nəyə görə teatr səhnəsində lazım deyiləm? Bəs, bu yaşlı qəhrəmanların obrazını səhnədə kim canlandıracaq? Ana obrazlarını kim oynayacaq? Cavan qızlar? Qazancım əczaxanaya işləyir. O dərmanları nisyə alıram, sonra da gələn ay yarı-yarı ödəyirəm. Yeməyə pulum yoxdur. Pulumu yalnız dərmanlara xərcləyirəm. Mənə çəkilişlə bağlı zəng gələndə uçuram sevincimdən. Budur yaradıcılığım. Aktyor səhnədə dünyasını dəyişməlidir”.