TƏBİB-də yeni şöbə yaradıldı

tebib-de-yeni-sobe-yaradildi
Oxunma sayı: 5681

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni şöbə yaradılıb.

“Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, bu şöbə xaricdə yaşayan və xaricdə təhsil alan Azərbaycan vətəndaşları olan həkimlərlə bağlıdır: “Xaricdə yaşayan azərbaycanlı həkimlərlə iş şöbəsi artıq fəaliyyətə başlayıb. Əsas məqsəd xaricdə təhsil alan və işləyən gənclərlə əlaqə saxlayıb onların ölkəmizdə və olduğu ölkədə Azərbaycan səhiyyəsinə verə biləcək dəstəyi müəyyən etməkdir”.

Murad Əhməd