TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama

tebib-den-haci-sahinin-olumu-ile-bagli-aciqlama
Oxunma sayı: 10681

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Məşədi Dadaş Məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən "Qafqazinfo"ya bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 mart saat 05:30 radələrində çağırış daxil olub.

"Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli martın 1-də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.