TƏBİB-dən sosial şəbəkələrdə yayılan görüntülərə reaksiya

tebib-den-sosial-sebekelerde-yayilan-goruntulere-reaksiya
Oxunma sayı: 3768

TƏBİB sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. Onun sözlərinə görə, həmin şəxsin koronovirusa yoluxması ilə bağlı yayılmış xəbərlər yanlışdır:

"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O,  sırf halsızlıqdan huşunu itirib. Analizlər götürülüb və hər hansı virus aşkar olunmayıb. Sırf İrandan gəldiyi üçün karatin vəziyyətdə saxlanılır. Vəziyyəti stabildir".