Xəbər verdiyimiz kimi, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın davam edir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanğın barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub:
“Bir nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunub”.
***
TƏBİB-dən bildirilib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb:
"Həyatı üçün heç bir təhlükə yoxdur. Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb".
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.
Son xəbərlər
Son Xəbərlər