TƏBİB-in şöbə müdiri vətəndaşları anlayışlı olmağa çağırdı

tebib-in-sobe-mudiri-vetendaslari-anlayisli-olmaga-cagirdi
Oxunma sayı: 2694

"Hazırda 3 karantin xəstəxanası var və bunlar Astara, Cəlilabad  və Qobustanda yerləşir". 

"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bundan başqa, Biləsuvar, Masallı və Bakıda dəstək xəstəxanaları ayrılıb:

"Sözügedən bölgələrdə yaşayan vətəndaşlar məlumatlandırılıb. TƏBİB-in işçi qrupu ərazidə fəaliyyət göstərir. Vətəndaşlardan mümkün qədər anlayışlı olmalarını xahiş edirik. Gələn insanların sayı həddən artıq çoxdur və biz karantina xəstəxanaları ilə yanaşı, bəzi xəstəxanaları rezerv olaraq saxlamaq məcburiyyətindəyik".