TƏBİB-in şöbə müdirindən sosial şəbəkə istifadəçilərinə - Müraciət

tebib-in-sobe-mudirinden-sosial-sebeke-istifadecilerine
Oxunma sayı: 2920

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva sosial şəbəkələrdə koronavirus adlı xəstəliyin olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Y. Qarayeva bununla bağlı dövlət televiziyasının efirində sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməyi sevmədiyini bildirib:

“Yayılanları əsaslı saymıram. Bəlkə də 20-25 gün bundan qabaq hələ özümüzün təcrübəmiz olmadığı zaman biz nədənsə düşünə bilərdik. Bizim hazırda bu xəstəliklə bağlı təcrübəmiz var. Bəlli bir yoluxmuş insanlarımızın sayı var. Qeyd edirlər ki, yüngül formadadırlar, daşıyıcıdırlar. Amma xüsusən qeyd etmək istəyirəm ki, bizim xəstəxanalarımızda yatan real ikitərəfli pnevmaniya olan ağır xəstələrimiz var. Süni tənəffüs aparatına qoşulan, vəfat edən xəstələrimiz də var. Biz həkim olaraq bunu hər gün görürük. Pnevmaniyaların dərəcəsini görürük. Buna görə də, biz əlbəttə, bunun qeyri-real bir şey olduğunu heç cür deyə bilmərik. Xəstələrimiz göz qabağındadır. Əlbəttə, biz çalışırıq, onları müalicə edirik. Bilirsiniz ki, sağalan xəstələrimiz də var. Amma yenə də bu çox ciddi bir xəstəlikdir”.

 Günel Türksoy