TƏBİB koronavirusdan sağalanlara müraciət etdi

tebib-koronavirusdan-sagalanlara-muraciet-etdi
Oxunma sayı: 2214

TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, qurum artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanıldığını bildirib. Bu məqsədlə, COVID-19 xəstəliyindən sağalan vətəndaşları qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.

Donor olmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankına yaxınlaşa bilər.