TƏBİB sədrinə yeni müavinlər təyin edildi

tebib-sedrine-yeni-muavinler-teyin-edildi
Oxunma sayı: 10540

TƏBİB-ə yeni sədr müavinləri təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədri, TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyev, Müşahidə Şurasının üzvləri - Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak edib.

İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi,  TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib. İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.