Təbiətsevərlərin diqqətinə!

tebietseverlerin-diqqetine
Oxunma sayı: 1050

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətsevərlərə müraciət edib. 

“Qafqazinfo”nun məlumatına görə, qeyd olunub ki,  vətəndaşlar Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərlər. 

Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.