Təbii fəlakət Gürcüstanı cənginə alıb

tebii-felaket-gurcustani-cengine-alib
Oxunma sayı: 1924

Acarıstanın Kobuleti bölgəsində torpaq sürüşməsi nəticəsində 159 ailənin ətraf qəsəbələrlə əlaqəsi kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Acarıstan Televiziyasi yayıb. Bildirilir ki, son günlər yağan güclü yağış bölgədə torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində yerli sakinlərin evləri zərərlə üzləşib. 15 ailə təxliyyə olunub və onlara müvəqqəti alternativ yaşayış yeri təklif edilib.

Qeyd olunur ki, torpaq sürüşməsi ümumi olaraq 49 yerdə qeydə alınıb. Hadisə nəticəsində iki körpüyə, Çakvi qəsəbəsində isə üç evə zərər dəyib.

Bununla yanaşı, digər kəndlərin sakinləri də analoji vəziyyət ilə üzləşiblər. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Xatırladaq ki, leysan yağışları nəticəsində dünən Batumi şəhərini də su basıb.