“Təbii qaza tələbat düşüb, investisiya ortamı yoxdur”

“Təbii qaza tələbat düşüb, investisiya ortamı yoxdur”
Oxunma sayı: 878

“Dünyada təbii qaza olan tələb bir qədər düşüb. Ona görə də hazırda uyğun bir investisiya ortamı yoxdur. Əgər tələbdə bir istək olarsa, TANAP layihəsinin genişlənməsi meydana gələcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, tələb yaranarsa nə qədər investiya qoyulacağı müəyyənləşəcək: “Hazırda maliyyə bilgisi verməyim mümkün deyil. Tələb meydana gələrsə, bunun üçün 3 il müddətə ehtiyac olur”.
 
S. Düzyol qeyd edib ki, hazırda şirkətdə 370-ə yaxın işçi çalışır:
“Onların 227-si əməliyyatda çalışır. Hamısı da xüsusilə seçiliblər. Olduqca yetkin bir heyətimiz var. Bu günə qədər boru xəttində hər hansı problem yaşamadıq. Bütün sistemlərimiz çalışır. Hətta nəzərdə tutulmasa da, BOTAŞ-a qaz verdik. Layihənin işlədilməsi anlamında hər hansı problemimiz yoxdur”.

Günel Türksoy