Bu gün Sabunçu rayonu, “Maştağa-2” qaz paylayıcı stansiyadan qidalanan 2 qaz xəttində 3 yerdə təbii qazdan qeyri-qanuni istifadə faktları aşkarlanıb.
“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qaz xətlərinə qeyri-qanuni müdaxilə etməklə müharibə və əmək əlilləri üçün ponsianatın normal rejimdə qaz almasına maneçilik yaradıblar.
Birliyin Bakı Regional Qazın Satışı Departamenti aşkarlanan hallarla bağlı müvafiq prosedurların icrasını nəzarətə götürüb. Qeyri-qanuni xətlərin ləğv edilməsi zamanı müharibə və əmək əlilləri üçün ponsianatın qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.
Qeyd edək ki, təmir müddətində həmin xətdən qaz alan bir qrup abonentin də qaz təchizatında fasilə olacaq. Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər