“Təbii resursların tükənmək riski var”- - Maliyyə naziri

tebii-resurslarin-tukenmek-riski-var-
Oxunma sayı: 1775


“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, bunu Bakıda Asiya İnkişaf Bankının 48-ci illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifovun deyib ki, Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 qat artıb: 

"İqtisadi artım tempi hər il üçün 10% civarındadı. Qeyri-neft sektorunun artım tempi son 3 ildə neft sektorunu keçib".

Nazirin sözlərinə görə Azərbaycan hökumətinin prioriteti makroiqtisadi inkişafı saxlamaqdır:

"Biz çalışırıq ki, Azərbaycana daha çox maliyyə cəlb edək. İqtisadiyyatın şaxələndirilməsi isə əsas hədəflərimizdəbdir. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafına ehtiyac var. Çünki əsas işçi qüvvə bu sahədədir. 

Həmçinin, biz düşünürük ki, neft-kimya resurslarımızı qeyri neft sektoruna yönəltməliyik. Düzdü qarşımızda bəzi çətinliklər var. Onlar sırasında Asiya ölkələri ilə rəqabət də var. Həmçinin turizm və İKT sahələrinin də inkişafı prioritet sahələrdəndir".