Məşhur model Sofia Vergara ana olmaq istəyir.
“Qafqazinfo”nun məlumatına görə, model bu barədə “The Edit” jurnalına verdiyi müsahibəsində bildirib.
Sofia qeyd edib ki, həyat yoldaşı ondan 4 yaş kiçikdir:
“Həyat yoldaşım məndən 4 yaş kiçikdir. İstəyirəm ki, bir övladımız olsun. Təbii yolla ana olmaq istəmirəm. O demək deyil ki, bundan qorxuram? Etiraf edirəm ki, 43 yaşım var, ana olmağım çox çətindir”.
Sofia Vergara aktyor Joe Manganiello ilə 2015-ci ildə ailə həyatı qurub.




Son xəbərlər
Son Xəbərlər