İranın Təbriz şəhərində binada partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın İSNA xəbər agentliyinə danışan Şərqi Azərbaycan İlk Yardım Agentliyinin sözçüsü Vahid Şadi məlumat verib.
“Təbrizin Mənzəriyyə bölgəsində baş verən partlayış nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər yaralanıb”.
Partlayışın ətrafdakı bir çox evə ziyan vurduğunu qeyd edən Şadi, partlayışın yaratdığı çuxurda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
İran rəsmisi qeyd edib ki, partlayışa nəyin səbəb olduğu ilə bağlı araşdırmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər