Təbrizdə çörək qıtlığı nəticəsində mağazaların qarşısında uzun növbələr yaranıb.
“Qafqazinfo” “Günaz” TV-yə istinadən xəbər verir ki, bu barədə Güney azərbaycanlı sosial media fəalları məlumat yayıblar.
Məlumata görə, çox sayda çörək sexi un çatışmazlığı səbəbindən istehsalı azaldıb, bəziləri isə tamamilə dayandırıb. Vətəndaşlarla sex sahibləri arasındakı mübahisələrə, eləcə də əhalinin narazılığına baxmayaraq əlaqədar qurumlar problemlə bağlı açıqlama verməyiblər.
Çörək qıtlığı təkcə Təbrizdə yox, Xoy, Urmu, Qəzvin və keçən günlərdə təbii fəlakətlə üzləşən Germi və Biləsuvarda da var. Vəziyyət o qədər acınacaqlı hala gəlib ki, əvvəldən növbəyə durub, “növbə satmaq” bir peşəyə çevrilib.
Son xəbərlər
Son Xəbərlər