Təbrizdə hərbi təyyarə qəzaya düşdü - 3 ölü + Foto

tebrizde-herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1305

İranın Təbriz şəhərində hərbi təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, “F-5” tipli təyyarə idman salonuna çırpılaraq qəzaya uğrayıb.

İlkin məlumata görə, insident zamanı pilot, pilot köməkçisi və bir mülki şəxs həlak olub.

Hazırda hadisənin səbəbləri araşdırılır.