Təbrizdən Tiflisə təyyarə reysi açılıb

tebrizden-tiflise-teyyare-reysi-acilib-
Oxunma sayı: 641

Məlumatı Şərqi Azərbaycan Aeroportları İdarəsinin rəsmisi Əli Rüstəmi martın 12-də açıqlayıb.

“Media forum” saytı xəbər verir ki, Əli Rüstəmi deyib: “Təbrizdən Tiflisə uçuşları “Ata Airlines” aviasiya şirkətinin təyyarələri həyata keçirəcək. Birbaşa uçuşlar hər həftə iki dəfə, çərşənbə axşamı və cümə günləri olacaq. Gürcüstanın “Corciya Hava Yolları” şirkəti isə aprelin ortalarından başlayaraq, Tiflisdən Təbrizə hər həftə iki uçuş həyata keçirməyi nəzərdə tutur”.

Əli Rüstəmi əlavə edib ki, hazırda Təbriz aeroportundan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan Respublikası və Gürcüstana həftədə 22 uçuş həyata keçirilir.