Təcavüzə görə həbs olunan intihar etdi

tecavuze-gore-hebs-olunan-intihar-etdi
Oxunma sayı: 895

Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar olub.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq) maddəsi ilə 13 il 6 ay azadlıqdan məhrum edilən Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.