Təcili yardım maşını qəzaya düşdü, xəstə də yaralandı

tecili-yardim-masini-qezaya-dusdu-xeste-de-yaralandi
Oxunma sayı: 2061

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. 

Belə ki, Ağdaş rayon sakini Rasim Rəsulovun idarə etdiyi Təcili Yardım Maşını Mingəçevir şəhər sakini, Orxan Muradovun sürdüyü “Lada-Priora” markalı minik avtomobili  ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə xəsarət alıblar. Həmin şəxslər şəhər xəstəxanasına yerləşdiriliblər.

Tural Hüseynli