Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, müraciətlərdən biri 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb. Digər 3 nəfər müraciət edənlər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. İkisi baş ağrısından, bir nəfər isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.
Bundan başqa, "Jara" festivalı keçirilən ərazidə növbə çəkən Təcili Tibbi Yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndaşı sol diz qapağının səthi travması ilə müraciət edib, həkimlər ona yerində yardım ediblər.
Olimpiya Gənclər Festivalı 2019" və “JARA” festivalı keçirilən ərazilərdə Təcili Tibbi Yardım briqadaları növbə çəkməkdə davam edir.
Son xəbərlər
Son Xəbərlər