Bakı istintaq təcridxanasına qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
"Qafqazinfo" Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Xudiyev Eldar Yusif oğluna tanışı Bakı şəhər sakini, Əliyev Qabil Yusif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ümumi uzunluğu 20 sm olan, üzərində “Stainless Steel” sözləri yazılmış bıçaq və 12 sm olan biz aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər