Azərbaycan şahmatçısı Teymur Rəcəbov Onlayn Millətlər Kubokunun 5-6-cı tur qarşılaşmaları barədə şəxsi Tvitter hesabında açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, 33 yaşlı qrossmeyster onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib:
“Gözəl oyunlar, çoxlu mübarizə oldu. Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün təcrübə toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram”.
Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub. Azərbaycanlı şahmatçı hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.
Son xəbərlər
Son Xəbərlər