Tədbirə 30 dəqiqə qalmış oteldən gələn - - Qadağa

tedbire-30-deqiqe-qalmis-otelden-gelen-
Oxunma sayı: 2662

 

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, tədbirin başlamasına 30 dəqiqə qalmış tədbirin keçiriləcəyi Central Park Hotel təşkilatçılara zəng edərək, onun təxirə salındığını deyiblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, tədbir üçün ödəniş mayın 7-də edilib. Oteldən tədbirin ləğv edilməsini oteldə yaranan fövqəladə vəziyyətlə izah ediblər.

Bundan əvvəl aprelin sonunda Grand Hotel-də planlaşdırılan tədbir baş tutmayıb.  Tədbirdən bir gün əvvəl oteldən təşkilatçılara bildiriblər ki, tədbir «qaz sızması» ilə əlaqədar ləğv edilir və məkanın icarəsi üçün verilmiş pul geri qaytarılır.