“Qafqazinfo”nun xəbərinə görə, AMEA-nın Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutundan bildiriblər ki, bu layihə 2013-cü ilin may ayında bu elm müəssisəsi və Polşanın Texnoloji və Təbiətdən İstifadə İnstitutu arasında imzalanan müvafiq sənədə əsasən reallaşdırılır.
Tədqiqat bölgənin üç dağətəyi rayonunda-Şamaxı, Ağsu və İsmayıllıda aparılıb. Burada müəyyən ərazilərdə torpaq sürüşmələrinin monitorinqi həyata keçirilib. Müşahidə apararkən bəzi ərazilərdə torpaq sürüşmələrinin dinamikasını müəyyən etmək məqsədilə xüsusi modelləşdirmə proqramlarından istifadə edilib.
2014-cü ilin sonunadək adı çəkilən ərazilərin torpaq sürüşmələrinin potensial təhlükəlilik elektron xəritəsinin işlənib hazırlanması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər