Skadovsk şəhərinin meri Aleksandr Yakovlev şəhəri tərk etmək məcburiyyətində qalıb.
“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, o, bu addımı rus hərbçiləri tərəfindən hədələndiyi üçün atdığını bildirib:
"İşğalçıların davamlı təhdidlərini və əməkdaşlıq "təkliflərini" nəzərə alaraq, şəhəri tərk etmək məcburiyyətində qaldım. Başa düşürəm ki, çoxları üçün şəhərdə qalsam, daha sakit olardı, amma birmənalı olaraq mənə dedilər: ya əməkdaşlıq etməlisən, ya da zirzəmiyə gedəcəksən”.
Son xəbərlər
Son Xəbərlər