“Qida təhlükəsizliyi sahəsində qida zəncirinin bütün sahələrində nəzarət həyata keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli Milli Məclisdə “Qida Təhlükəsizliyi” haqqında qanuna münasibət bildirərkən qeyd edib.
O vurğulayıb ki, təhlükəli qidaların izlənməsi də bu qanunda əks olunub: “Qanun qəbul olunduqdan sonra müvafiq qaydalarla təhlükəli qidaların ilkin mənbəyi aşkarlanacaq”.
AQTA sədri qeyd edib ki, yeni qanuna əsasən təhlükəli qidalara dair reyestr yaradılacaq: “Bu reyestr vətəndaşlar üçün də açıq olacaq. İstənilən vətəndaş reyestra daxil olaraq təhlükəli qidaların siyahısı ilə tanış ola biləcək”.
Qoşqar Təhməzli əlavə edib ki, “Qida Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi ilə Agentliyə heç bir yeni səlahiyyət verilmir.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər