“Təhlükəsizliyə heç kim zəmanət vermir” - UEFA prezidenti

tehlukesizliye-hec-kim-zemanet-vermir
Oxunma sayı: 2409

“Ukraynada olan əcnəbi futbolçuların oradan təxliyəsi üçün 24 saat işləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib. 

O bildirib ki, öz ölkəsinə yollanmayaq istəyən bütün futbolçulara şəxsən kömək göstərilir: “Həm yerli federasiya, həm də əcnəbi futbolçuların özləri ilə danışdıq. Bütün dövlətlərdən kömək istəmişəm. Hələlik heç nə alınmır. Çünki təhlükəsizliyə heç kim zəmanət vermir.

Ukraynadan ayrıla bilən futbolçulardan biri 2 gün əvvəl mənim evimdə qonaq oldu. Bu gün yenə biri gəlmişdi. Onlar vəziyyətin necə acınacaqlı olmasından danışdılar. Biz sadəcə ümid edirik ki, müharibə dayanacaq. Buna ən tez zamanda son qoyulmalıdır”.