Tehranda iki qatar toqquşdu - Çoxlu yaralı var + Foto

tehranda-iki-qatar-toqqusdu
Oxunma sayı: 640

Bu gün Tehranda Qatar qəzası baş verib.

“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm hadisənin “Taraşt” stansiyasında baş verdiyini bildirib.

Onun sözlərinə görə, hərəkətdə olan bir qatar stansiyada dayanmış digər qatara çırpılıb. Qəza zamanı ölən olmayıb. Lakin, 48 nəfər yaralanıb. Yarası daha ağır olan 40 nəfər dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hazırda qəza yerində çalışmalar davam edir.