Tehranda partlayış, xəsarət alanlar var

tehranda-partlayis-xesaret-alanlar-var
Oxunma sayı: 2377

Tehrandakı yaşayış binalarından birində yanğına səbəb olan partlayış baş verib. “Qafqazinfo” bildirir ki, bu barədə “Tasnim” agentliyi yanğınsöndürənlərə istinadən xəbər verib.

Məlumata əsasən, insident dördmərtəbəli evdə baş verib. Azı dörd nəfər xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Partlayışın baş vermə səbəbi aydınlaşdırılır.