Tehranda qum qasırğası - - 5 ölü, 30 yaralı

tehranda-qum-qasirgasi-
Oxunma sayı: 1713

 

İranın paytaxtı Tehranda qum qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, qum qasırğası yerli vaxtla saat 17:30-dan başlayaraq şəhəri bürüyüb, küləyin surəti 120 km/s-yə çatıb.

Küçələrdə bir çox ağac aşıb, tikililərə, elektrik və kommumikasiya xəttlərinə ciddi ziyan dəyib.

Tehran hava limanında beynəlxalq uçuşlar müvəqqəti olaraq təxirə salınıb.