Tehranda sərnişin təyyarəsi təcili eniş etdi

tehranda-sernisin-teyyaresi-tecili-enis-etdi
Oxunma sayı: 1855

İranın “Iran Airtour” aviakompaniyasının “Airbus 306” təyyarəsi Tehranda məcburi eniş etməli olub.  “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər verib.

“İmam Xomeyni” Beynəlxalq Hava Limanından havaya qalxan təyyarədə texniki problem yaşanıb və bu səbəbdən o, digər hava limanı – “Mehrabad”da müvəffəqiyyətlə eniş edib.

Sərnişin təyyarəsi Türkiyənin İstanbul şəhərinə uçurmuş. Sərnişinlər xəsarət almayıb.