Tehranda xəstəxanada partlayış oldu - 19 ölü+Yenilənib

Tehranda xəstəxanada partlayış oldu
Oxunma sayı: 3071

İranın paytaxtı Tehranın şimalında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Bildirilir ki, partlayış səsi Tacriş rayonunda eşidilib.

“Mehr” agentliyinin məlumatına görə, Şəriəti küçəsində tibb mərkəzi yanır. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

İnsidentin səbəbi araşdırılır.

***

"Fars" agentliyinin məlumatına görə, partlayış Sina klinikasında qaz sızması nəticəsində baş verib. Nəticədə 13 nəfər ölüb, 6 nəfər yaralanıb. 

***

"Mehr" agentliyi xəbər verir ki, partlayışdan sonra baş vermiş yanğında 18 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölənlərdən 10-u qadın, 3-ü kişidir. Partlayış zamanı klinikada 25 nəfərin olduğu bildirilib. 

***

Partlayışda ölənlərin sayı 19 nəfərə çatıb. 20 nəfərin isə həyatını xilas etmək mümkün olub. Bu barədə məlumatı Tehranın yanğınsöndürmə xidmətinin nümayəndəsi Cəlal Məliki verib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi