Tehranda yaşayış binasında partlayış - 9 ölü, 9 yaralı

tehranda-yasayis-binasinda-partlayis
Oxunma sayı: 1990

İranın paytaxtı Tehranda 3 mərtəbəli yaşayış binasında partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İRNA” agentliyi yayıb.

Partlayış nəticəsində 9 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Hadisə yerinə çox sayda xilasedicilər cəlb olunub.