Tehrandakı stadionda Azərbaycan və Türkiyə şüarları - Video

tehrandaki-stadionda-azerbaycan-ve-turkiye-suarlari
Oxunma sayı: 2872

"Traktor" İran çempionatının 17-ci turunda Tehrandakı "Azadi" stadionunda "Persepolis"in qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, cənubi azərbaycanlı fanatlar Türkiyədə baş verən zəlzələyə görə şüarlar səsləndirib. 

Təbrizli soydaşlar "Azərbaycan var olsun, Türkiyə başın sağ olsun" şüarları söyləyiblər.

Qarşılaşmada lider "Persepolis" 2-0 hesablı qələbə qazanıb.