Tehranın polis rəisi vəzifəsindən uzaqlaşdırıldı

tehranin-polis-reisi-vezifesinden-uzaqlasdirildi
Oxunma sayı: 9352

Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. 

Məlumata görə, İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib. O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

General Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra İran tərəfdən ilk rəsmi açıqlamanı Hüseyn Rəhimi vermişdi.

Həmçinin oxuyun: Какова ситуация перед посольством Ирана в Азербайджане? - Фото