Təhsil İdarəsi qəbul keçirəcək

tehsil-idaresi-qebul-kecirecek-
Oxunma sayı: 1193


“Qafqazinfo”nun məlumatına görə, Səbail rayonu üzrə 160 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 2, 7, 49, 50, 51, 87, 91, 160, 162, 163, 189-190, 203, 219, 236, 239, 329 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbul saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin əməkdaşlarından ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.