Təhsil İdarəsində gənclərlə görüş keçirildi - Fotolar

tehsil-idaresinde-genclerle-gorus-kecirildi
Oxunma sayı: 1361

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə görüş keçirilib.

İdarədən “Qafqazinfo”-ya verilən məlumata görə, görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri, gənc müəllimlər, “Məktəblinin dostu” layihəsinin əməkdaşları və uğurları ilə fərqlənən şagirdlər iştirak ediblər.

Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gəncə səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim olunub.