Təhsil işçilərinin əməkhaqları artımla ödənildi

tehsil-iscilerinin-emekhaqlari-artimla-odenildi
Oxunma sayı: 4315

Təhsil işçilərinin əməkhaqları artımla ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən, 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 mindən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.

Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.